Skip to main content

Posts

Showing posts from August, 2014

Közərmiş soba, qarlı hava və kənd evi... İsmayıllı nağılı.

Adım Rəşaddır, 23 yaşım var. Azərbaycanın Laçın rayonunda doğulmuşam, məlum səbəblərə görə Bakıda böyümüşəm və hal-hazırda təhsilimlə əlaqədar olaraq Avstraliyada yaşayıram. Mən. İyul 2014. Günəş konürü tutuquşusu. Kuranda kəndi Avstraliya Uşaqlığım çar dövründən indiyə qədər çox məşhur olan "Vokruq sveta" jurnalları, ensiklopediyalar, uşaq dərgilərinin "arasında" keçib. Atam kommunizm ideyalarının tərəfdarı olduğu üçün məktəbdə oxuyarkən ilk oxuduğum kitablar Karl Marksın əsərləri olub. Bu əsərlər arasında xüsusilə “Kapital”ı qeyd etməliyəm. Elə hər şey də bundan sonra başlayıb. Əlbəttə, bura klassiklərdən olan Cəfər Cəbbarlı, Onore de Balzak, Ələkbərzadə Əbülhəsən (yeri gəlmişkən, mən yenilikcə öyrənmişəm ki, bu möhtəşəm yazıçımız məhz İsmayıllıdan imiş), Qoqol, Lev Tolstoy, Migel de Servantes Saavedra, Aleksandr Düma və digərləri də daxildir. Heç nə ilə heç vaxt öyünməsəm də, həmişə oxuduğum kitablarla fəxr etmişəm. Akademiyada təhsilim müddətində