Skip to main content

ilk


Salam, əziz dostlar !
Əvvəla bu bloqumu nə üçün yaratmaq məqsədimi sizlərə danışım.
Cənubi Koreya Respublikasına səfərdən sonra mən özlüyümdə qarşıma bir neçə məqsədlər qoydum. Bu məqsədlər haqqında sözsüz ki, danışmayacam. Yalnız birindən başqa...

Cənubi Koreya, Seul şəhəri, COEX MALL, Book Center

Koreyada gənclərin ən müasir texnologiyalardan necə öz təhsilləri üçün səmərəli istifadə etməsi məni həqiqətən təhsilə önəm verən bir insan kimi inanılmaz şad etdi. Çox istərdim ki, bizim gənclərimiz də əllərində olan texnologiyalardan təhsilləri üçün istifadə etsinlər. 
Koreyada gənclərin əksəriyyətinin bloqları var. Onlar öz bloq-yazılarını yazarkən aşağıdakı məqsədləri əsas kimi seçirlər :

  1. Əldə etdikləri təcrübələri digər gənclərlə paylaşmaq;
  1. Çətin qərar qəbuletmə anlarında hansı metodlardan istifadə etməyin lazım olduğunu;
  1. Boş vaxtlarını necə səmərli keçirdiklərini həmyaşıdları ilə paylaşmaq.


Bu, həqiqətən mübaliğəsiz deyilmiş sözlər olmaqla yalnız reallığı əks etdirir. 
Buna görə düşündüm ki, mən də öz bloqumu yazmalıyam. Bloq üçün ilk mətnimi elə Seuldan qayıdarkən Doha hava limanına enəndən sonra 20-ci qapının gözləmə zalında yazıram (bloq-postu internetin orada çox zəif olması ucbatından indi yayımlayıram)
Bu baxımdan bu yazını oxuyan hamını öz bloqunu açmağa səsləyirəm.
Əgər siz də bloq açmaq qərarına gəldinizsə sizə bir neçə aşağıdakı əsas məsələlərdə məsləhətlərimi bildirmək istərdim:
  1. Bloqlarınızı azərbaycanca yazın ki, internetdə ana dilimizdə olan bloq materialların sayı artsın və məlumat bazaları sırf öz dilimizdə formalaşsın;
  2. Yazdığınız cümlələri çalışın ki, konkret etməklə oxuyucaları yormayasınız;
  3. Yazı materiallarınızı uyğun media fayllarla zənginləşdirin (şəkil, video, animasiya və s.);
  4. Bloq yazarkən azərbaycancanın orfoqrafik, qrammatik və sintaksis qaydalarına əməl edin ki, ədəbi dilin tələblərini pozmayasınız və digər gənclərə nümunə olasınız;
  5. Yazdığınız bloqlara bildirilən rəyləri öz inkişafınız üçün səmərəli istifadə edin və rəyçiyə öz təşəkkürünüzü bildirin.
Bloqunuzun oxunaqlı, maraqlı və ən əsası aktual olması üçün aşağıdakı məsələləri nəzərə almanızı düzgün hesab edirəm:
  • Analiz bacarıqlarınızdan maksimum istifadə edərək cəmiyyətimizdə mövcud olan problemləri araşdırın və onların həlli yollarını həm özünüz tapmağa çalışın, həm də internetdən müvafiq həll yollarına nəzər yetirin. Daha sonra bunları öz bloqunuzda münasib şəkildə əks etdirin;
  • Proseslər, gedişatlar və problemlər haqqında həmişə öz şəxsi ideyalarınızı formalaşdırmağa çalışın. Bu, sizin həm dərrakənizin güclənməsinə, həm də daha güclü analiz qabiliyyətinizin formalaşmasına səbəb olacaqdır;
  • Cəmiyyətimizin üzvlərinin hansı sahələrdə daha çox məlumatlı olmasını hesab edirsinizsə həmin məsələni öz bloq materialınızda əks etdirin;
  • Bütün məsələlərdə innovasiya və kreativlik prinsiplərini nəzərə alsanız bloqunuz daha aktual olacaq.
Ümidvaram ilk bloqum ürəyinizcə oldu. Rəylərinizi və təkliflərinizi səbirsizliklə gözləyirəm.
Təşəkkür edirəm.
Hörmətlə, Paşazadə Rəşad

Comments

  1. Rəşad bilirəm, sən həmişə deyirsən ki (Xızıda da deyirdin bunu), "Mənim haqqımda ancaq mənim mənfi xüsusiyyətlərimi deyin ki, mən bilim və nəticə çıxarım", amma yenə deyə bilməyəcəm. Super. Mən də Bloq açıb yazmağa başlayacam. Sənin ideyaların, kreativ fikirlərin heç vaxt pis yola aparmayıb. Məsləhətlərinə görə çox sağ ol. Sənin məsləhətlərində uduzmamışıq. Daim izləyəcəm bloqunu :-)

    ReplyDelete
    Replies
    1. İlkin, belə gözəl motivəedici bir rəy üçün sənə çox təşəkkür edirəm :)
      Mən də sənin bloqlarını gözləyirəm. Onlarda mənfi cəhətləri tapmağa daim hazıram :)

      Delete
  2. Rəşad,həqiqətən də təqdirə layiq bloqdur,təşəkkürlər.

    ReplyDelete
  3. Круто! буду читать с удовольствием.
    подписываюсь)

    ReplyDelete
    Replies
    1. oxuduğun üçün çox təşəkkür edirəm
      bəyəndiyin üçün də çox şadam :)
      daim çalışacam ki, yazılarımı maraqlı edim :)

      Delete

Post a Comment

Popular posts from this blog

Azərbaycan üçün feminizm

Əvvəlcə başlayaq müasir feminizmi anlamaq üçün fəlsəfi fikirlərdən  Bu sözü bir çoxunuz mənfi anlayış kimi qəbul edirsiniz və marksizm, sosializm və d. bu kimi ali ideologiyalar haqqında heç nə bilmədən, araşdırmadan bunlara necə neqativ yanaşırsınızsa, feminizm ideyasına da elə nifrət edirsiniz.  Hətta bəziləri hələ də elə bilir ki, feministlər ancaq qadınlardan ibarət bir kütləyə xas cərəyandır. Bu belə deyil və əgər siz hal-hazırda bu yazını XIX əsrdə oxumursunuzsa, onda bunun belə olmadığı fikri ilə də razı olmalısız. Çağdaş fəlsəfi ədəbiyyat feminizmi qısa şəkildə belə tərif edir: cəmiyyətdə, iqtisadiyyatda, siyasətdə, o cümlədən insan fəaliyyətinin bütün istiqamətlərində qadınların kişilərlə bərabər haqlara sahib olması məfhumu feminizm cərəyanı adlanır. Bunu indi fikir ayrılığı yaratmamaq üçün  "gender bərabərliyi"  kimi də səsləndirirlər. Sözsüzki bura təbiətdən irəli gəlmiş genetik natural bərabərsizliklər aid deyil (məsələn, kişilərin əzələ və sü...

My Australian Story and Why I Love Oz

Chapter 1.  My Australian Story 🐠 How do I start this?  🍫  Australia was a sweet warm dream from the childhood years of mine.  And it all started from "Finding Nemo".  Yeap! Most of my friends know how this "down under" love story goes, but i would still like to write this one down.   I remember being a 12 or 13 year old kid in post-Soviet era Azerbaijan when amazing "Finding Nemo" came out in early 2000s.  Me, my 7 year old brother Vüsal and mom were getting ready to watch this animation. I loved drawing and just like every other kid who was familiar with this film, i also wanted to draw Nemo, so I had told myself that I had to engrave his image to my memory so clearly that i could draw it well when I returned home. At that time we did not have internet to look up the pics or mobile phones to take pictures, and no, taking photo cameras to cinemas was both lame and illegal. Especially my mom's cheap bulky archaic unbranded camera she bought from some...