Skip to main content

Posts

Közərmiş soba, qarlı hava və kənd evi... İsmayıllı nağılı.

Adım Rəşaddır, 23 yaşım var. Azərbaycanın Laçın rayonunda doğulmuşam, məlum səbəblərə görə Bakıda böyümüşəm və hal-hazırda təhsilimlə əlaqədar olaraq Avstraliyada yaşayıram. Mən. İyul 2014. Günəş konürü tutuquşusu. Kuranda kəndi Avstraliya Uşaqlığım çar dövründən indiyə qədər çox məşhur olan "Vokruq sveta" jurnalları, ensiklopediyalar, uşaq dərgilərinin "arasında" keçib. Atam kommunizm ideyalarının tərəfdarı olduğu üçün məktəbdə oxuyarkən ilk oxuduğum kitablar Karl Marksın əsərləri olub. Bu əsərlər arasında xüsusilə “Kapital”ı qeyd etməliyəm. Elə hər şey də bundan sonra başlayıb. Əlbəttə, bura klassiklərdən olan Cəfər Cəbbarlı, Onore de Balzak, Ələkbərzadə Əbülhəsən (yeri gəlmişkən, mən yenilikcə öyrənmişəm ki, bu möhtəşəm yazıçımız məhz İsmayıllıdan imiş), Qoqol, Lev Tolstoy, Migel de Servantes Saavedra, Aleksandr Düma və digərləri də daxildir. Heç nə ilə heç vaxt öyünməsəm də, həmişə oxuduğum kitablarla fəxr etmişəm. Akademiyada təhsilim müddətində ...

Gicəlləməllər - xeyr, səhv yazılmayıb!

Adına görə gəlmisən, həʔ  Bağışla, aldatmışam !  İndi isə əziyyət çək oxumağa davam et! Necə də fərqliyik elə deyilmi... Əminəm ki, dəfələrlə aynaya baxmısan və öz-özünə düşünmüsən - Mən buyamʔ Əlinlə üzünə, bədəninə toxunmusan və asta davranışlarını izləmisən səssizliyin dirijorluğu ilə. Bu, sənsən - tanış ol... Bunu yazan da sənsən... Əslində yazmaq deyil bu. Bu, hiss etməkdir... O qədər hiss etməyi bacarmayan "insan"lar var ki. Hiss etmək təkcə məhəbbət sevgi deyil... Heyvanlar da bunu bacarır, hətta bir çoxu ömürlük sadiq qalırlar öz sevgilərinə - tutuquşular, qumrular, kalibrilər, qunduzlar... Yəni sevgi "tema"sında bizdən daha bacarıqlıdırlar. Biləsiz. Hiss etmək qarşındakının demədiyi şeyləri anlamaqdır, məncə. Bu, təşəkkür etmək, üzr istəmək qabiliyyətidir... Qalibiyyətidir... Sözləri düz oxu... İki fərqli söz yazdım...  Bir çox insan var ki, ətrafındakılara insan gözü ilə baxmağı bacarmır. Məqsədlər və rəqabət bizi real missiyamızdan uzaql...

Ailəm, dostlarım və özüm

Bu mizah bütövdə muxif itirdiklərim olub, onlar sahilsiz boşluqlar yaradıb məndə. Olmamış toxunuşlar, eşidilməyən səslər - bunların hamısı mənə müvəqqəti təsəlli olub. Hər gün keçdikcə daha çox anlamışam ki, məndə itirmək qorxusu günü-gündən daha da güclənir. Bir çox hisslərini itirmiş və onları uğursuzcasına bərpa etmək istəyən bir sadəlövh insan üçün bu necə də dözülməzdir... Yəqin bundandır ki, mənə yaxın olan insanları özümə təhkim etmək istəyirəm ... heç vaxt məndən uzaq olmasınlar deyə.... Uzaqlığı sevməmişəm heç vaxt... Taleyin rişxəndinə da qiyam etmirəm artıq, o, mənə barmaq izlərinin arasında macəra kimi görünür. İstəməmişəm kimdənsə uzaq olum - əyyaş qonşumuz İqor dayıdan, artıq xatırlaya bilmədiyim Sumax nənədən, müharibədə azaraq pünhana düşən anasının qızı Aviqayil, sonuncu dəfə nəfəs alanda, mən nəfəs aldığım və kövrəlmədiyim insanlar - hamısı içərisi bulanıq su ilə dolmuş izlərdir mənimçün. . . və sözsüz ki, ölənədək yanlarınd a qeyri-mücərrəd olacağım insanlardan ...

Məzuniyyət dövründə istirahətim - ŞƏKİLLƏR

Salam, əziz dostlar ! Bu ilin iyul ayının 20-29-u müddətində məzuniyyətdə oldum. Həqiqətən çox gözəl istirahət etdim. Bu gözəl anları sizə təsvir etmək üçün bir neçə şəkil təqdim edirəm. Şəkilləri Samsung Galaxy S2 mobil telefonu vasitəsilə çəkmişəm. Çəkdiyim şəkillərdə heç bir xüsusi effektdən istifadə edilməmişdir. QEYD - Müəllif hüquqlarına hörmət əlaməti olaraq şəkillərdən istifadə etdikdə müəllifin və mənbənin göstərilməsi vacibdir. Ümidvaram ürəyinizcə olacaq :) Buyurun Bu şəkli çox sevirəm. Dənizdən gəlmişdim və mənə çox isti idi. Suyu plastik şüşəyə doldurdum və üstümə çilədim. Qardaşıma da telefonu verdim ki, çəksin. Məncə yaxşı alınıb :) Vaxtikən bu artezian-bulaq çox gur idi. İndi yaxınlıqda tikilən istirahət mərkəzləri buranın suyundan istifadə etdikləri üçün demək olar ki, quruyub. Çox təəssüf. Onu da qeyd edim ki, bu bulağin yaxınlığında dəri üçün çox xeyirli kosmetik palçıq var.  Bu da həmin böyük bulaqdan axan kiçik bir göz. Nabranda Turb...

ilk

Salam, əziz dostlar ! Əvvəla bu bloqumu nə üçün yaratmaq məqsədimi sizlərə danışım. Cənubi Koreya Respublikasına səfərdən sonra mən özlüyümdə qarşıma bir neçə məqsədlər qoydum. Bu məqsədlər haqqında sözsüz ki, danışmayacam. Yalnız birindən başqa... Cənubi Koreya, Seul şəhəri, COEX MALL, Book Center Koreyada gənclərin ən müasir texnologiyalardan necə öz təhsilləri üçün səmərəli istifadə etməsi məni həqiqətən təhsilə önəm verən bir insan kimi inanılmaz şad etdi. Çox istərdim ki, bizim gənclərimiz də əllərində olan texnologiyalardan təhsilləri üçün istifadə etsinlər.  Koreyada gənclərin əksəriyyətinin bloqları var. Onlar öz bloq-yazılarını yazarkən aşağıdakı məqsədləri əsas kimi seçirlər : Əldə etdikləri təcrübələri digər gənclərlə paylaşmaq; Çətin qərar qəbuletmə anlarında hansı metodlardan istifadə etməyin lazım olduğunu; Boş vaxtlarını necə səmərli keçirdiklərini həmyaşıdları ilə paylaşmaq. Bu, həqiqətən mübaliğəsiz deyilmiş ...