Salam, əziz dostlar !
Bu ilin iyul ayının 20-29-u müddətində məzuniyyətdə oldum. Həqiqətən çox gözəl istirahət etdim. Bu gözəl anları sizə təsvir etmək üçün bir neçə şəkil təqdim edirəm. Şəkilləri Samsung Galaxy S2 mobil telefonu vasitəsilə çəkmişəm. Çəkdiyim şəkillərdə heç bir xüsusi effektdən istifadə edilməmişdir.
QEYD - Müəllif hüquqlarına hörmət əlaməti olaraq şəkillərdən istifadə etdikdə müəllifin və mənbənin göstərilməsi vacibdir.
Ümidvaram ürəyinizcə olacaq :) Buyurun

Bu şəkli çox sevirəm. Dənizdən gəlmişdim və mənə çox isti idi. Suyu plastik şüşəyə doldurdum və üstümə çilədim. Qardaşıma da telefonu verdim ki, çəksin. Məncə yaxşı alınıb :)
Vaxtikən bu artezian-bulaq çox gur idi. İndi yaxınlıqda tikilən istirahət mərkəzləri buranın suyundan istifadə etdikləri üçün demək olar ki, quruyub. Çox təəssüf. Onu da qeyd edim ki, bu bulağin yaxınlığında dəri üçün çox xeyirli kosmetik palçıq var.
Bu da həmin böyük bulaqdan axan kiçik bir göz.
Nabranda Turbaza-Xəzərdə çəkdiyim bitki və meyvə şəkilləri:
Meşədə qarşılaşdığım maraqlı obyektlər:
Elektrik ötürücüsünün dayaqları.
Zəhərsiz su ilanının cəsədi. Nabranda çoxlu zəhərsiz qara su ilanları var. Tamamilə təhlükəsizdir.
Qəzaya uğramış avtomobilin yan güzgüsü
Çox güclü çənəyə malik cırcırama (əlimi dişləyib bilirəm ki, möhkəm dişləri var, yırtıcıdır)
Qaratoyuq cəsədi. Artıq kəllə qutusu görünür.
Xınalığa gedəndə rastlaşdığım təbiət mənzərələri:
Qudyalçayın dərəsi
Xınalığa az qalıb :)
Xınalığa 25 km qalmış
Xınalığa gedən yol
Xınalığa 15 km qalır
Dağın o tərəfi Xınalıqdır. Amma Xınalığa getmədik :) . Uzaqdan baxdıq. Çox yorğun idik. Ona görə də ''üzüb-üzüb'' sonuna çatmamış qayıtdıq.
Xınalıq yolunda saxladığımız yerlərdə çəkdiyim təbiət şəkiləri. Əksəriyyəti makrodur. Makro şəkilləri çox sevdiyimdən irəli gəlir :)
Adi qanqal və əhlilləşdirilmiş bal arası
Bu gülü atam anama dərmişdi :) Mən də onu çəkdim. Çox qəşəng güldür, elə deyilmi?
Bu şəkil hal-hazırda telefonumun fon şəklidir. Ən sevdiyim şəkildir.
Dağ cincilimi. Adı həqiqətən belədir :)
Bu güllərin adın bilmirəm.
Çəkdiyim şəkilləri izlədiyiniz üçün təşəkkür edirəm :)
Əlavə təklif, irad və rəylərinizi səbirsizliklə gözləyirəm.
Hörmətlə, Paşazadə Rəşad
Comments
Post a Comment