Skip to main content

Posts

Azərbaycan üçün feminizm

Əvvəlcə başlayaq müasir feminizmi anlamaq üçün fəlsəfi fikirlərdən 
Bu sözü bir çoxunuz mənfi anlayış kimi qəbul edirsiniz və marksizm, sosializm və d. bu kimi ali ideologiyalar haqqında heç nə bilmədən, araşdırmadan bunlara necə neqativ yanaşırsınızsa, feminizm ideyasına da elə nifrət edirsiniz. Hətta bəziləri hələ də elə bilir ki, feministlər ancaq qadınlardan ibarət bir kütləyə xas cərəyandır. Bu belə deyil və əgər siz hal-hazırda bu yazını XIX əsrdə oxumursunuzsa, onda bunun belə olmadığı fikri ilə də razı olmalısız.
Çağdaş fəlsəfi ədəbiyyat feminizmi qısa şəkildə belə tərif edir: cəmiyyətdə, iqtisadiyyatda, siyasətdə, o cümlədən insan fəaliyyətinin bütün istiqamətlərində qadınların kişilərlə bərabər haqlara sahib olması məfhumu feminizm cərəyanı adlanır. Bunu indi fikir ayrılığı yaratmamaq üçün "gender bərabərliyi" kimi də səsləndirirlər. Sözsüzki bura təbiətdən irəli gəlmiş genetik natural bərabərsizliklər aid deyil (məsələn, kişilərin əzələ və sümük sisteminin daha kobu…
Recent posts

FACTS and brief background check on Karabakh conflict

It has been more than 25 years that Azerbaijan’s historical territory - Nagorno Karabakh is under the brutal occupation by the Armenian Armed Forces. As soon as the USSR collapsed, Armenia immediately started its occupational plan to capture the lands that were legally within the boundaries of The Democratic Republic of Azerbaijan (Confirmation of Versailles Peace Conference 1918 – 1920), SSR of Azerbaijan (1929 – 1992) and the Republic of Azerbaijan (1992 – now).
Azerbaijan, her territory Karabakh and Armenia are located in Southern Caucasus, which is thesoutheasternedge of Eastern Europe and geographical border between continental Europe and the Middle East. Karabakh issue is classified as a frozen conflict in Europe by European Commission and Union. The United Nations haveACCEPTED 4RESOLUTIONSalongside other international organisations’ resolutions, that both Azerbaijan and Armenia are current members of,about the occupation ofNagornoKarabakhby ArmenianArmedForces.These resolution…

Közərmiş soba, qarlı hava və kənd evi... İsmayıllı nağılı.

Adım Rəşaddır, 23 yaşım var. Azərbaycanın Laçın rayonunda doğulmuşam, məlum səbəblərə görə Bakıda böyümüşəm və hal-hazırda təhsilimlə əlaqədar olaraq Avstraliyada yaşayıram.


Uşaqlığım çar dövründən indiyə qədər çox məşhur olan "Vokruq sveta" jurnalları, ensiklopediyalar, uşaq dərgilərinin "arasında" keçib. Atam kommunizm ideyalarının tərəfdarı olduğu üçün məktəbdə oxuyarkən ilk oxuduğum kitablar Karl Marksın əsərləri olub. Bu əsərlər arasında xüsusilə “Kapital”ı qeyd etməliyəm. Elə hər şey də bundan sonra başlayıb. Əlbəttə, bura klassiklərdən olan Cəfər Cəbbarlı, Onore de Balzak, Ələkbərzadə Əbülhəsən (yeri gəlmişkən, mən yenilikcə öyrənmişəm ki, bu möhtəşəm yazıçımız məhz İsmayıllıdan imiş), Qoqol, Lev Tolstoy, Migel de Servantes Saavedra, Aleksandr Düma və digərləri də daxildir. Heç nə ilə heç vaxt öyünməsəm də, həmişə oxuduğum kitablarla fəxr etmişəm.

Akademiyada təhsilim müddətində bir çox yerdə çalışmışam - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Birlə…