Skip to main content

Posts

Showing posts from July, 2014

Gicəlləməllər - xeyr, səhv yazılmayıb!

Adına görə gəlmisən, həʔ  Bağışla, aldatmışam !  İndi isə əziyyət çək oxumağa davam et! Necə də fərqliyik elə deyilmi... Əminəm ki, dəfələrlə aynaya baxmısan və öz-özünə düşünmüsən - Mən buyamʔ Əlinlə üzünə, bədəninə toxunmusan və asta davranışlarını izləmisən səssizliyin dirijorluğu ilə. Bu, sənsən - tanış ol... Bunu yazan da sənsən... Əslində yazmaq deyil bu. Bu, hiss etməkdir... O qədər hiss etməyi bacarmayan "insan"lar var ki. Hiss etmək təkcə məhəbbət sevgi deyil... Heyvanlar da bunu bacarır, hətta bir çoxu ömürlük sadiq qalırlar öz sevgilərinə - tutuquşular, qumrular, kalibrilər, qunduzlar... Yəni sevgi "tema"sında bizdən daha bacarıqlıdırlar. Biləsiz. Hiss etmək qarşındakının demədiyi şeyləri anlamaqdır, məncə. Bu, təşəkkür etmək, üzr istəmək qabiliyyətidir... Qalibiyyətidir... Sözləri düz oxu... İki fərqli söz yazdım...  Bir çox insan var ki, ətrafındakılara insan gözü ilə baxmağı bacarmır. Məqsədlər və rəqabət bizi real missiyamızdan uzaql