Skip to main content

Posts

Showing posts from May, 2013

Ailəm, dostlarım və özüm

Bu mizah bütövdə muxif itirdiklərim olub, onlar sahilsiz boşluqlar yaradıb məndə. Olmamış toxunuşlar, eşidilməyən səslər - bunların hamısı mənə müvəqqəti təsəlli olub. Hər gün keçdikcə daha çox anlamışam ki, məndə itirmək qorxusu günü-gündən daha da güclənir. Bir çox hisslərini itirmiş və onları uğursuzcasına bərpa etmək istəyən bir sadəlövh insan üçün bu necə də dözülməzdir... Yəqin bundandır ki, mənə yaxın olan insanları özümə təhkim etmək istəyirəm ... heç vaxt məndən uzaq olmasınlar deyə.... Uzaqlığı sevməmişəm heç vaxt... Taleyin rişxəndinə da qiyam etmirəm artıq, o, mənə barmaq izlərinin arasında macəra kimi görünür. İstəməmişəm kimdənsə uzaq olum - əyyaş qonşumuz İqor dayıdan, artıq xatırlaya bilmədiyim Sumax nənədən, müharibədə azaraq pünhana düşən anasının qızı Aviqayil, sonuncu dəfə nəfəs alanda, mən nəfəs aldığım və kövrəlmədiyim insanlar - hamısı içərisi bulanıq su ilə dolmuş izlərdir mənimçün. . . və sözsüz ki, ölənədək yanlarınd a qeyri-mücərrəd olacağım insanlardan