Skip to main content

Ailəm, dostlarım və özüm

Bu mizah bütövdə muxif itirdiklərim olub, onlar sahilsiz boşluqlar yaradıb məndə. Olmamış toxunuşlar, eşidilməyən səslər - bunların hamısı mənə müvəqqəti təsəlli olub.

Hər gün keçdikcə daha çox anlamışam ki, məndə itirmək qorxusu günü-gündən daha da güclənir. Bir çox hisslərini itirmiş və onları uğursuzcasına bərpa etmək istəyən bir sadəlövh insan üçün bu necə də dözülməzdir... Yəqin bundandır ki, mənə yaxın olan insanları özümə təhkim etmək istəyirəm ... heç vaxt məndən uzaq olmasınlar deyə....

Uzaqlığı sevməmişəm heç vaxt... Taleyin rişxəndinə da qiyam etmirəm artıq, o, mənə barmaq izlərinin arasında macəra kimi görünür. İstəməmişəm kimdənsə uzaq olum - əyyaş qonşumuz İqor dayıdan, artıq xatırlaya bilmədiyim Sumax nənədən, müharibədə azaraq pünhana düşən anasının qızı Aviqayil, sonuncu dəfə nəfəs alanda, mən nəfəs aldığım və kövrəlmədiyim insanlar - hamısı içərisi bulanıq su ilə dolmuş izlərdir mənimçün. . . və sözsüz ki, ölənədək yanlarında qeyri-mücərrəd olacağım insanlardan . . .

/// Melanxolik deyiləm \\\

Yəqin digər bütün dolaşıqlar mənə adi görünür, amma ən pisi hislərin dolaşmasıdır. Dəyərli insanı lazımsız insanlardan ayıra bilməmə dolaşıqlığı . . Danışa bilməmə dolaşığı . . . gələcəyin dolaşıqlığı . . .

Döşəməsi cırıldayan, pəncərəsiz, sakinləri rütubət və köhnəlik ətri olan, divarları qəhvəyi və çəhrayı rəngin qarışğı ilə boyanmış boş daxmada bu lənətəgəlmiş mahnı ilə birgə bir gecə yaşamaq var mənim həyatımda . . . 




Comments

Popular posts from this blog

ilk

Salam, əziz dostlar ! Əvvəla bu bloqumu nə üçün yaratmaq məqsədimi sizlərə danışım. Cənubi Koreya Respublikasına səfərdən sonra mən özlüyümdə qarşıma bir neçə məqsədlər qoydum. Bu məqsədlər haqqında sözsüz ki, danışmayacam. Yalnız birindən başqa... Cənubi Koreya, Seul şəhəri, COEX MALL, Book Center Koreyada gənclərin ən müasir texnologiyalardan necə öz təhsilləri üçün səmərəli istifadə etməsi məni həqiqətən təhsilə önəm verən bir insan kimi inanılmaz şad etdi. Çox istərdim ki, bizim gənclərimiz də əllərində olan texnologiyalardan təhsilləri üçün istifadə etsinlər.  Koreyada gənclərin əksəriyyətinin bloqları var. Onlar öz bloq-yazılarını yazarkən aşağıdakı məqsədləri əsas kimi seçirlər : Əldə etdikləri təcrübələri digər gənclərlə paylaşmaq; Çətin qərar qəbuletmə anlarında hansı metodlardan istifadə etməyin lazım olduğunu; Boş vaxtlarını necə səmərli keçirdiklərini həmyaşıdları ilə paylaşmaq. Bu, həqiqətən mübaliğəsiz deyilmiş ...

Azərbaycan üçün feminizm

Əvvəlcə başlayaq müasir feminizmi anlamaq üçün fəlsəfi fikirlərdən  Bu sözü bir çoxunuz mənfi anlayış kimi qəbul edirsiniz və marksizm, sosializm və d. bu kimi ali ideologiyalar haqqında heç nə bilmədən, araşdırmadan bunlara necə neqativ yanaşırsınızsa, feminizm ideyasına da elə nifrət edirsiniz.  Hətta bəziləri hələ də elə bilir ki, feministlər ancaq qadınlardan ibarət bir kütləyə xas cərəyandır. Bu belə deyil və əgər siz hal-hazırda bu yazını XIX əsrdə oxumursunuzsa, onda bunun belə olmadığı fikri ilə də razı olmalısız. Çağdaş fəlsəfi ədəbiyyat feminizmi qısa şəkildə belə tərif edir: cəmiyyətdə, iqtisadiyyatda, siyasətdə, o cümlədən insan fəaliyyətinin bütün istiqamətlərində qadınların kişilərlə bərabər haqlara sahib olması məfhumu feminizm cərəyanı adlanır. Bunu indi fikir ayrılığı yaratmamaq üçün  "gender bərabərliyi"  kimi də səsləndirirlər. Sözsüzki bura təbiətdən irəli gəlmiş genetik natural bərabərsizliklər aid deyil (məsələn, kişilərin əzələ və sü...

My Australian Story and Why I Love Oz

Chapter 1.  My Australian Story 🐠 How do I start this?  🍫  Australia was a sweet warm dream from the childhood years of mine.  And it all started from "Finding Nemo".  Yeap! Most of my friends know how this "down under" love story goes, but i would still like to write this one down.   I remember being a 12 or 13 year old kid in post-Soviet era Azerbaijan when amazing "Finding Nemo" came out in early 2000s.  Me, my 7 year old brother Vüsal and mom were getting ready to watch this animation. I loved drawing and just like every other kid who was familiar with this film, i also wanted to draw Nemo, so I had told myself that I had to engrave his image to my memory so clearly that i could draw it well when I returned home. At that time we did not have internet to look up the pics or mobile phones to take pictures, and no, taking photo cameras to cinemas was both lame and illegal. Especially my mom's cheap bulky archaic unbranded camera she bought from some...