Skip to main content

ilk


Salam, əziz dostlar !
Əvvəla bu bloqumu nə üçün yaratmaq məqsədimi sizlərə danışım.
Cənubi Koreya Respublikasına səfərdən sonra mən özlüyümdə qarşıma bir neçə məqsədlər qoydum. Bu məqsədlər haqqında sözsüz ki, danışmayacam. Yalnız birindən başqa...

Cənubi Koreya, Seul şəhəri, COEX MALL, Book Center

Koreyada gənclərin ən müasir texnologiyalardan necə öz təhsilləri üçün səmərəli istifadə etməsi məni həqiqətən təhsilə önəm verən bir insan kimi inanılmaz şad etdi. Çox istərdim ki, bizim gənclərimiz də əllərində olan texnologiyalardan təhsilləri üçün istifadə etsinlər. 
Koreyada gənclərin əksəriyyətinin bloqları var. Onlar öz bloq-yazılarını yazarkən aşağıdakı məqsədləri əsas kimi seçirlər :

  1. Əldə etdikləri təcrübələri digər gənclərlə paylaşmaq;
  1. Çətin qərar qəbuletmə anlarında hansı metodlardan istifadə etməyin lazım olduğunu;
  1. Boş vaxtlarını necə səmərli keçirdiklərini həmyaşıdları ilə paylaşmaq.


Bu, həqiqətən mübaliğəsiz deyilmiş sözlər olmaqla yalnız reallığı əks etdirir. 
Buna görə düşündüm ki, mən də öz bloqumu yazmalıyam. Bloq üçün ilk mətnimi elə Seuldan qayıdarkən Doha hava limanına enəndən sonra 20-ci qapının gözləmə zalında yazıram (bloq-postu internetin orada çox zəif olması ucbatından indi yayımlayıram)
Bu baxımdan bu yazını oxuyan hamını öz bloqunu açmağa səsləyirəm.
Əgər siz də bloq açmaq qərarına gəldinizsə sizə bir neçə aşağıdakı əsas məsələlərdə məsləhətlərimi bildirmək istərdim:
  1. Bloqlarınızı azərbaycanca yazın ki, internetdə ana dilimizdə olan bloq materialların sayı artsın və məlumat bazaları sırf öz dilimizdə formalaşsın;
  2. Yazdığınız cümlələri çalışın ki, konkret etməklə oxuyucaları yormayasınız;
  3. Yazı materiallarınızı uyğun media fayllarla zənginləşdirin (şəkil, video, animasiya və s.);
  4. Bloq yazarkən azərbaycancanın orfoqrafik, qrammatik və sintaksis qaydalarına əməl edin ki, ədəbi dilin tələblərini pozmayasınız və digər gənclərə nümunə olasınız;
  5. Yazdığınız bloqlara bildirilən rəyləri öz inkişafınız üçün səmərəli istifadə edin və rəyçiyə öz təşəkkürünüzü bildirin.
Bloqunuzun oxunaqlı, maraqlı və ən əsası aktual olması üçün aşağıdakı məsələləri nəzərə almanızı düzgün hesab edirəm:
  • Analiz bacarıqlarınızdan maksimum istifadə edərək cəmiyyətimizdə mövcud olan problemləri araşdırın və onların həlli yollarını həm özünüz tapmağa çalışın, həm də internetdən müvafiq həll yollarına nəzər yetirin. Daha sonra bunları öz bloqunuzda münasib şəkildə əks etdirin;
  • Proseslər, gedişatlar və problemlər haqqında həmişə öz şəxsi ideyalarınızı formalaşdırmağa çalışın. Bu, sizin həm dərrakənizin güclənməsinə, həm də daha güclü analiz qabiliyyətinizin formalaşmasına səbəb olacaqdır;
  • Cəmiyyətimizin üzvlərinin hansı sahələrdə daha çox məlumatlı olmasını hesab edirsinizsə həmin məsələni öz bloq materialınızda əks etdirin;
  • Bütün məsələlərdə innovasiya və kreativlik prinsiplərini nəzərə alsanız bloqunuz daha aktual olacaq.
Ümidvaram ilk bloqum ürəyinizcə oldu. Rəylərinizi və təkliflərinizi səbirsizliklə gözləyirəm.
Təşəkkür edirəm.
Hörmətlə, Paşazadə Rəşad

Comments

  1. Rəşad bilirəm, sən həmişə deyirsən ki (Xızıda da deyirdin bunu), "Mənim haqqımda ancaq mənim mənfi xüsusiyyətlərimi deyin ki, mən bilim və nəticə çıxarım", amma yenə deyə bilməyəcəm. Super. Mən də Bloq açıb yazmağa başlayacam. Sənin ideyaların, kreativ fikirlərin heç vaxt pis yola aparmayıb. Məsləhətlərinə görə çox sağ ol. Sənin məsləhətlərində uduzmamışıq. Daim izləyəcəm bloqunu :-)

    ReplyDelete
    Replies
    1. İlkin, belə gözəl motivəedici bir rəy üçün sənə çox təşəkkür edirəm :)
      Mən də sənin bloqlarını gözləyirəm. Onlarda mənfi cəhətləri tapmağa daim hazıram :)

      Delete
  2. Rəşad,həqiqətən də təqdirə layiq bloqdur,təşəkkürlər.

    ReplyDelete
    Replies
    1. Diqqətin üçün çox təşəkkür edirəm :)

      Delete
  3. Круто! буду читать с удовольствием.
    подписываюсь)

    ReplyDelete
    Replies
    1. oxuduğun üçün çox təşəkkür edirəm
      bəyəndiyin üçün də çox şadam :)
      daim çalışacam ki, yazılarımı maraqlı edim :)

      Delete

Post a Comment

Popular posts from this blog

Məzuniyyət dövründə istirahətim - ŞƏKİLLƏR

Salam, əziz dostlar !

Bu ilin iyul ayının 20-29-u müddətində məzuniyyətdə oldum. Həqiqətən çox gözəl istirahət etdim. Bu gözəl anları sizə təsvir etmək üçün bir neçə şəkil təqdim edirəm. Şəkilləri Samsung Galaxy S2 mobil telefonu vasitəsilə çəkmişəm. Çəkdiyim şəkillərdə heç bir xüsusi effektdən istifadə edilməmişdir.


QEYD - Müəllif hüquqlarına hörmət əlaməti olaraq şəkillərdən istifadə etdikdə müəllifin və mənbənin göstərilməsi vacibdir.


Ümidvaram ürəyinizcə olacaq :) Buyurun


Bu şəkli çox sevirəm. Dənizdən gəlmişdim və mənə çox isti idi. Suyu plastik şüşəyə doldurdum və üstümə çilədim. Qardaşıma da telefonu verdim ki, çəksin. Məncə yaxşı alınıb :)



Vaxtikən bu artezian-bulaq çox gur idi. İndi yaxınlıqda tikilən istirahət mərkəzləri buranın suyundan istifadə etdikləri üçün demək olar ki, quruyub. Çox təəssüf. Onu da qeyd edim ki, bu bulağin yaxınlığında dəri üçün çox xeyirli kosmetik palçıq var. 
Bu da həmin böyük bulaqdan axan kiçik bir göz.
Nabranda Turbaza-Xəzərdə çəkdiyim bitki və meyvə şə…

FACTS and brief background check on Karabakh conflict

It has been more than 25 years that Azerbaijan’s historical territory - Nagorno Karabakh is under the brutal occupation by the Armenian Armed Forces. As soon as the USSR collapsed, Armenia immediately started its occupational plan to capture the lands that were legally within the boundaries of The Democratic Republic of Azerbaijan (Confirmation of Versailles Peace Conference 1918 – 1920), SSR of Azerbaijan (1929 – 1992) and the Republic of Azerbaijan (1992 – now).
Azerbaijan, her territory Karabakh and Armenia are located in Southern Caucasus, which is thesoutheasternedge of Eastern Europe and geographical border between continental Europe and the Middle East. Karabakh issue is classified as a frozen conflict in Europe by European Commission and Union. The United Nations haveACCEPTED 4RESOLUTIONSalongside other international organisations’ resolutions, that both Azerbaijan and Armenia are current members of,about the occupation ofNagornoKarabakhby ArmenianArmedForces.These resolution…

Közərmiş soba, qarlı hava və kənd evi... İsmayıllı nağılı.

Adım Rəşaddır, 23 yaşım var. Azərbaycanın Laçın rayonunda doğulmuşam, məlum səbəblərə görə Bakıda böyümüşəm və hal-hazırda təhsilimlə əlaqədar olaraq Avstraliyada yaşayıram.


Uşaqlığım çar dövründən indiyə qədər çox məşhur olan "Vokruq sveta" jurnalları, ensiklopediyalar, uşaq dərgilərinin "arasında" keçib. Atam kommunizm ideyalarının tərəfdarı olduğu üçün məktəbdə oxuyarkən ilk oxuduğum kitablar Karl Marksın əsərləri olub. Bu əsərlər arasında xüsusilə “Kapital”ı qeyd etməliyəm. Elə hər şey də bundan sonra başlayıb. Əlbəttə, bura klassiklərdən olan Cəfər Cəbbarlı, Onore de Balzak, Ələkbərzadə Əbülhəsən (yeri gəlmişkən, mən yenilikcə öyrənmişəm ki, bu möhtəşəm yazıçımız məhz İsmayıllıdan imiş), Qoqol, Lev Tolstoy, Migel de Servantes Saavedra, Aleksandr Düma və digərləri də daxildir. Heç nə ilə heç vaxt öyünməsəm də, həmişə oxuduğum kitablarla fəxr etmişəm.

Akademiyada təhsilim müddətində bir çox yerdə çalışmışam - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Birlə…