Skip to main content

Azərbaycan üçün feminizm


Əvvəlcə başlayaq çağdaş feminizmi anlamaq üçün fəlsəfi fikirlərdən 

Bu sözü bir çoxunuz mənfi anlayış kimi qəbul edirsiniz və marksizm, sosializm və d. bu kimi ali ideologiyalar haqqında heç nə bilmədən, araşdırmadan bunlara necə nifrət edirsinizsə, feminizm ideyasına da elə nifrət edirsiniz. Hətta bəziləri hələ də elə bilir ki, feministlər ancaq qadınlar özləri ola bilər. Bu belə deyil və əgər siz XIX əsrdə yaşamırsızsa onda bununla razı olmalısız.

Çağdaş fəlsəfi ədəbiyyat feminizmi qısa şəkildə belə tərif edir: cəmiyyətdə, iqtisadiyyatda, siyasətdə, o cümlədən insan fəaliyyətinin bütün istiqamətlərində qadınların kişilərlə bərabər haqlara sahib olması məfhumu feminizm cərəyanı adlanır. Bunu indi fikir ayrılığı yaratmamaq üçün "gender bərabərliyi" kimi də səsləndirirlər. Sözsüzki bura təbiətdən irəli gəlmiş genetik natural bərabərsizliklər aid deyil (məsələn, kişilərin əzələ və sümük sisteminin daha kobud olması, qadınların ağrıya və soyuğa daha dözümlü olması və s.)... Ona görə bu tərif həm çox primitiv, həm çox qəliz, həm çox səhv, həm çox düzgün səslənir, amma bu problem bu bloqun mövzusu deyil.

İndi yazacağım cümlə biraz qəliz və uzun səslənə bilər amma ən yaxşı halda belə ifadə edə bildim:

Mən cəmiyyətdə "gender bərabərliyi" anlayışını dəstəkləsəm də, hələlik bu ideologiyanın utopik səsləndiyini və cinslərə bərabər şəkildə rəftar edildiyi cəmiyyətin qurulmadığını nəzərə alaraq, qadınların və qadın problemlərinin indiki günümüzdə kişilərdən və kişi problemlərindən daha çox qabardılması zərurətinə inanıram. Bu bir o qədər də "gender bərabərliyi" fikri ilə səsləşmir, haqlsınız. Amma bir də buna indiki hal-hazırdakı cinslərin qeyri-bərabərliyini aradan qaldırmaq üçün tərəzinin yüngül hissəsinıə daha çox diqqət yetirilməsi kimi baxın. 

Gələcək üçün feminizm

Mənə elə gəlir ki, Azərbaycanda indiki dövrdə bizim hamımız feminist olmalıyıq. Bu müasirliklə və ya yenilikçiliklə əlaqəli bir şey deyil, bu, təbii zərurətdir. Hərdən düşünürəm ki, bizim xalqın beyni hələ hazır deyil feminizmə, qadın azadlığına və bu formada olan azadlığı qəbul etməyə. Amma heç olmasa indidən sonra övladlarınızı bu fikirdə böyüdün! Onları gələcək üçün yetişdirin. Uşaqlarınız geri dönüb 100 il əvvəldə yaşamayacaqlar, ona görə onları 100 il gələcək üçün böyüdün, yox olmuş, geri qayıtmayacaq keçmiş üçün yox! 

Yalançı hörmət və axmaq mentalitetiniz

Bizim kişilər hər nə qədər basqı altında yaşayırsa, xanımlarımız bundan dəfələrlə daha çoxuna dözməli olurlar. Qadınların Azərbaycan cəmiyyətində və dünyanın bir çox ölkəsində olduğu kimi hər cür haqsızlıqla, mühakimələrlə, ədalətsizliklə hər gün rastlaşdığını yəqin ki, hamınız bilirsiniz. Siz hələ də elə bilirsiniz ki, avtobusda metroda qadınlara yer verməklə onlara hörmət nümayiş etdirirsiz. Bu gülüncdür! Və özünə avtobusda yer verilməsi ilə eqosu yerə göyə sığmayan, özünə hörmət edilmiş hiss edən xanımlara da heç bilmirəm nə deyəm! 

Bizdə belə bir stiqma var ki, qadınlar həmişə sakit, başıaşağı, tərbiyəli, hamının sözü ilə oturub duran şəxslər olmalıdır. Sevgilisi olan xanımların bir çoxu həmişə partnyorlarından icazə alırlar nələrisə - geyimi, harasa getməyi, nəsə almağı, gəzməyə çıxmağı, kimlərləsə görüşməyi və s. Eyni şeyi isə kişilər özlərinə etməyi sığışdırmırlar. Mənim bu şeylər haqqında şəxsi fikrim var, amma ümumi olaraq mən demirəm ki, bunlar səhv hərəkətlərdir - bunu özünüz bilərsiniz, amma əgər siz - kişilər, qadınlardan bu şeyləri etməyi gözləyirsinizsə, özünüz də eyni şeyləri qadınlar üçün etməlisiniz!

Xüsusilə rayonlarda yaşayan xanımlar kişilər və eləcə də eləcə də hətta digər öz həmcins cahil qadınlar tərəfindən mühakimə edilməkdən o qədər qorxurlar ki, normal şəkildə istədikləri kimi yaşaya bilmirlər. Mən xatırlayıram İsmayıllıda mən işləyəndə kursun əksəriyyətinin xanım olması, mənim üçün nə qədər problem yaradırdı. Xanımlar özləri özlərinə cavabdeh ola bilmirdilər. Mən atalarla, ərlərlə, sevgili oğlanlarla, qaşrdaşlarla hər dəfə görüşməli olurdum! Hətta bir dəfə mənim haqqımda şikayət etmişdilər ki, "bu nədir, bütün günü qız uşaqları, "kadın xeylaxları" əllərində dəftər-kitab səhər tezdən küçə başı üzü yuxarı, üzü aşağı" .... hahah !!! Əlində dəftər-kitab tutan xanımları qınayan şəxslər! I feel really sorry for you, a bunch of uneducated pity riff-raff! 

Seksual inqilab

Bəziləri hətta bu sözün özündən qorxurlar! "Seks" sözünə tabu kimi baxırsınız və məktəblərdə, universitetlərdə bu sözü istifadə etməyi eyib hesab edirsiniz! Mən başa düşürəm ki, ölkəmizdə hələ seksual inqilab baş verməyib. Bundan bəlkə də hələ çox uzaqdayıq. Ona görə bu haqda danışmaq istəmirəm. Əvvəlcə qadınlar üçün digər amillər öz yerini tapmalıdır ki, psixoloji fikir, düşünmə tərzi seksual bərabərlik məfhumunu anlaya bilsin. Hələliksə siz kişilər bilməlisiniz ki, bu o demək deyil ki, hansısa xanımı geyiminə, hərəkətlərinə, küçədə gülməyinə, siqaret çəkməyinə, içki içməyinə və ya başqa bir amilə görə qınayasınız və onlara cürbəcür rəzil etiketlər vurasınız! Hətta xanım bunları hər hansı başqa məqsəd üçün (məsələn, sex workers) də etsə, sizdən tələb olunan özünüzü insan övladı kimi aparmaqdır, meşədən çıxmış mauqli kimi yox!

Hərdən FB-da belə mövzulara yazılmış postlara şərhləri oxuyuram, mənə bu cür insanların necə formalaşdığını anlamaq çətin gəlir . "Kişi qadınına nəzarət etməlidir" , "qız uşağının orda nə işi var", "bir xanıma yaraşdırmıram güləşməyi", "qadın çağırmasa, kişi heçnə eləməz", "qadın hara, futbol hara".... və digər onlarla belə axmaq yazılar. İstanbulda gece klubunda baş vermiş teraktda vəfat edən azərbaycanlı xanıma yazılan şərhləri mən oxuyanda, belə insanlara ikrah hissim dəfələrlə artdı!!!  Kişilərin və qadınların seçimlərində və istəklərində eyni hüquqlara sahib olması hamıya ailədən və məktəbdən öyrədilməlidir! 

Qızlar sərbəs yalnız özündən asılı şəkildə yaşamalıdır

Bir çox gənc xanımlar xaricdə oxumağa, xarici ölkələrə səyahət etməyə xəyal kimi baxır - çünki yetişkin şəxs olmasına baxmayaraq evdən qardaşı, atası, dayısı, əmisi, qonşusu Mirməmməd dayı, icazə vermir! Amma halbuki eyni şeyləri etmək üçün oğlanların heç kəsdən icazə almasına ehtiyacı yoxdur. Niyə qızlarınızın daha dünya görüşlü, daha maraqlı insan olmasını istəmirsinizʔ! Nə üçün oğlanlarınıza güvənirsiz, amma qızlarınıza yoxʔ Bu suallar haqqında hərdən bir fikirləşin! Yəqin ki, verdiyiniz tərbiyəyə, övladınıza valideyn kimi sevgi göstərib göstərməməyinizə əmin deyilsiniz!

Gənc qızlara evdarlıqdan başqa heçnə öyrətmirsiniz. Elə təsəvvür edirsiniz ki, mənim qızım ərə gedəcək, o ərinə yemək bişirəcək, uşaq doğacaq, paltarların yuyacaq - vəssəlam! Qızıma əri baxacaq, neynir təhsili, işi ¿! Bu cahilliyin ən öndəgedən nümunəsidir! Biz öz qızlarımıza sərbəs yaşamağı, azad qadın olmağı, öz-özünü maddi-mənəvi təmin etməyi öyrətməliyik. Ömür boyu valideynlərdən asılı yaşamaq ənənəsini gərək biz çoxdan silək həyatımızdan!

Xəyanətin qadın və kişi forması! Pff!

Mənə ən gülməli gələn şeylərdən biri də xəyanətin qadın və kişi formasıdır. Əgər bir xanım, öz sevgilisindən və ərindən başqa birisi ilə yatırsa bu fahişəlik hesab edilir, amma əgər eyni şeyi bir kişi edərsə bu yox. Xəyanətin cinsi yoxdur!!! - bunu edən qadın nə qədər mühakimə edilirsə, bunu edən kişilər də bir o qədər də qınanmalıdır. Bəziləri belə deyir: "kişi üçün nə fərqi varki, ona olar!". Bunu deyənlərin bundan daha da dayaz fikrə sahib olacağına inanmıram.

Soyadı sevdanız

Sizin bu soyadı sevdanızı da anlamış deyiləm. Qız övladınız olmasa da olar, amma mütləq uşaqlarınızdan biri oğlan olmalıdır. Biraz özünüzü insan olaraq təkmilləşdirin! Soyadınız tutaq ki, davam etdi, sonraʔ Siz qəbirdə torpağın altında olandan sonra sizin soyadınızın davam etməsi nəyə və kimə lazımdırʔ Ümumiyyətlə mən hələ də başa düşmüş deyiləm ki, nə üçün qadınlar və nigahdan doğulmuş uşaqlar kişi-ata soyadını götürür amma ana soyadı itir. Məncə bunun daha ədalətli forması tapılmalıdır (bəlkə də var artıq) və ya bu, uşaqların öz seçiminə buraxılmalıdır. Kişi heç nəyi ilə qadından daha üstün deyil!

Boşanmış xanımlar - siz bu ölkədə hamıdan daha güclüsünüz! ! ! 

Lənətlədiyiniz, pislədiyiniz bir şey də var - boşanmış xanımlar. Əgər oğlunuz boşanmış bir xanımla evlənmək istəyirsə, özünüzü cırıb dağın başına qoyursunuz ki, OLMAZ! Sizin gözünüzdə bir qadın boşandısa o, artıq heç kəslə ünsiyyətdə əlaqədə ola bilməz! Azərbaycan cəmiyyətində böyüyənlər bilir ki, boşanmaq nə qədər qadınlarımız üçün riskli bir addımdır. VƏ bir də düşünün ki, cəmiyyətin belə çirkablı tərəfini bilə-bilə boşanan qadınlar nə qədər əzab çəkib ki, onlar yenə də boşanmağı gözə alıblar! Biraz mərhəmətiniz və anlayışınız olsun. Həyatda heç kim heç nədən sığortalanmayıb, sabah eyni şey sizin özünüzün ya da öz övladınızın da başına gələ bilər. 

Qadınlar = cəmiyyətin özülləri və sütunları

Unutmayın ki, qadınlar cəmiyyətin qurucusudur. Hamımız bilirik ki, övladlarımızın tərbiyəsində xanımlarımızın rolu daha həlledicidir. Ona görə qadın azadlıqlarının təmin olunmasında siz xanımlar daha vacibsiniz. Yetişdirdiyiniz nəsli qadın liberallığına hazır böyütməlisiniz. Bunu 1-2 aya, 1-2 ilə etmək mümkün deyil... Belə sosioloji təkamüllərin baş tutması üçün keçmiş dövrlərdə yüzilliklər, minilliklər lazım olub amma indiki rəqəmsal imkanlarla dolu olan müasir dünyada bunu 5-10 ilə hamımız birlikdə tam bacara bilərik!

Sonda həmişə çox sevdiyim qadın hüquqları müdafiəçisi Betty Friedan tərəfindən deyilmiş 2 çox bəyəndiyim fikri diqqətinizə çatdırmaq istəyirəm:


Comments

Popular posts from this blog

Məzuniyyət dövründə istirahətim - ŞƏKİLLƏR

Salam, əziz dostlar !

Bu ilin iyul ayının 20-29-u müddətində məzuniyyətdə oldum. Həqiqətən çox gözəl istirahət etdim. Bu gözəl anları sizə təsvir etmək üçün bir neçə şəkil təqdim edirəm. Şəkilləri Samsung Galaxy S2 mobil telefonu vasitəsilə çəkmişəm. Çəkdiyim şəkillərdə heç bir xüsusi effektdən istifadə edilməmişdir.


QEYD - Müəllif hüquqlarına hörmət əlaməti olaraq şəkillərdən istifadə etdikdə müəllifin və mənbənin göstərilməsi vacibdir.


Ümidvaram ürəyinizcə olacaq :) Buyurun


Bu şəkli çox sevirəm. Dənizdən gəlmişdim və mənə çox isti idi. Suyu plastik şüşəyə doldurdum və üstümə çilədim. Qardaşıma da telefonu verdim ki, çəksin. Məncə yaxşı alınıb :)



Vaxtikən bu artezian-bulaq çox gur idi. İndi yaxınlıqda tikilən istirahət mərkəzləri buranın suyundan istifadə etdikləri üçün demək olar ki, quruyub. Çox təəssüf. Onu da qeyd edim ki, bu bulağin yaxınlığında dəri üçün çox xeyirli kosmetik palçıq var. 
Bu da həmin böyük bulaqdan axan kiçik bir göz.
Nabranda Turbaza-Xəzərdə çəkdiyim bitki və meyvə şə…

FACTS and brief background check on Karabakh conflict

It has been more than 25 years that Azerbaijan’s historical territory - Nagorno Karabakh is under the brutal occupation by the Armenian Armed Forces. As soon as the USSR collapsed, Armenia immediately started its occupational plan to capture the lands that were legally within the boundaries of The Democratic Republic of Azerbaijan (Confirmation of Versailles Peace Conference 1918 – 1920), SSR of Azerbaijan (1929 – 1992) and the Republic of Azerbaijan (1992 – now).
Azerbaijan, her territory Karabakh and Armenia are located in Southern Caucasus, which is thesoutheasternedge of Eastern Europe and geographical border between continental Europe and the Middle East. Karabakh issue is classified as a frozen conflict in Europe by European Commission and Union. The United Nations haveACCEPTED 4RESOLUTIONSalongside other international organisations’ resolutions, that both Azerbaijan and Armenia are current members of,about the occupation ofNagornoKarabakhby ArmenianArmedForces.These resolution…

Közərmiş soba, qarlı hava və kənd evi... İsmayıllı nağılı.

Adım Rəşaddır, 23 yaşım var. Azərbaycanın Laçın rayonunda doğulmuşam, məlum səbəblərə görə Bakıda böyümüşəm və hal-hazırda təhsilimlə əlaqədar olaraq Avstraliyada yaşayıram.


Uşaqlığım çar dövründən indiyə qədər çox məşhur olan "Vokruq sveta" jurnalları, ensiklopediyalar, uşaq dərgilərinin "arasında" keçib. Atam kommunizm ideyalarının tərəfdarı olduğu üçün məktəbdə oxuyarkən ilk oxuduğum kitablar Karl Marksın əsərləri olub. Bu əsərlər arasında xüsusilə “Kapital”ı qeyd etməliyəm. Elə hər şey də bundan sonra başlayıb. Əlbəttə, bura klassiklərdən olan Cəfər Cəbbarlı, Onore de Balzak, Ələkbərzadə Əbülhəsən (yeri gəlmişkən, mən yenilikcə öyrənmişəm ki, bu möhtəşəm yazıçımız məhz İsmayıllıdan imiş), Qoqol, Lev Tolstoy, Migel de Servantes Saavedra, Aleksandr Düma və digərləri də daxildir. Heç nə ilə heç vaxt öyünməsəm də, həmişə oxuduğum kitablarla fəxr etmişəm.

Akademiyada təhsilim müddətində bir çox yerdə çalışmışam - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Birlə…