Skip to main content

Azərbaycan üçün feminizm


Əvvəlcə başlayaq müasir feminizmi anlamaq üçün fəlsəfi fikirlərdən 
Bu sözü bir çoxunuz mənfi anlayış kimi qəbul edirsiniz və marksizm, sosializm və d. bu kimi ali ideologiyalar haqqında heç nə bilmədən, araşdırmadan bunlara necə neqativ yanaşırsınızsa, feminizm ideyasına da elə nifrət edirsiniz. Hətta bəziləri hələ də elə bilir ki, feministlər ancaq qadınlardan ibarət bir kütləyə xas cərəyandır. Bu belə deyil və əgər siz hal-hazırda bu yazını XIX əsrdə oxumursunuzsa, onda bunun belə olmadığı fikri ilə də razı olmalısız.

Çağdaş fəlsəfi ədəbiyyat feminizmi qısa şəkildə belə tərif edir: cəmiyyətdə, iqtisadiyyatda, siyasətdə, o cümlədən insan fəaliyyətinin bütün istiqamətlərində qadınların kişilərlə bərabər haqlara sahib olması məfhumu feminizm cərəyanı adlanır. Bunu indi fikir ayrılığı yaratmamaq üçün "gender bərabərliyi" kimi də səsləndirirlər. Sözsüzki bura təbiətdən irəli gəlmiş genetik natural bərabərsizliklər aid deyil (məsələn, kişilərin əzələ və sümük sisteminin daha kobud olması, qadınların bioloji ağrıya və soyuğa daha dözümlü olması və s.)... Ona görə bu tərif həm çox primitiv, həm çox qəliz, həm çox səhv, həm çox düzgün səslənir, amma bu problem bu bloqun mövzusu deyil.

İndi yazacağım cümlə biraz qəliz və uzun səslənə bilər amma ən yaxşı halda belə ifadə edə bildim:
Image result for gender inequality scale
Mən cəmiyyətdə "gender bərabərliyi" anlayışını dəstəkləsəm də, hələlik bu ideologiyanın utopik səsləndiyini və cinslərə bərabər şəkildə rəftar edildiyi cəmiyyətin qurulmadığını nəzərə alaraq, qadınların və qadın problemlərinin indiki günümüzdə kişilərdən və kişi problemlərindən daha çox qabardılması zərurətinə inanıram. Bu bir o qədər də "gender bərabərliyi" fikri ilə səsləşmir, haqlsınız. Amma bir də buna indiki hal-hazırdakı cinslərin qeyri-bərabərliyini aradan qaldırmaq üçün tərəzinin yüngül hissəsinə daha çox diqqət kütləsinin əlavə edilməsi prosesi kimi baxın. 

Bu ideologiyanı Amerikada zəncilərə əsrlər boyu davam edən irqi ayrıseçkilikdən sonra, irqi bərabərliyin bərqərar etmək üçün hal-hazırda tünd-rəngli dəriyə sahib insanların problemlərinin cəmiyyətdə digərlərindən daha çox qabardılması halı ilə müqayisə etsəz nə demək istədiyimi daha yaxşı anlaya bilərsiniz.

Davamlı gələcək üçün feminizm
Mənə elə gəlir ki, Azərbaycanda indiki dövrdə bizim hamımız feminist olmalıyıq. Bu müasirliklə və ya yenilikçiliklə əlaqəli bir şey deyil, bu, təbii zərurətdir. Hərdən düşünürəm ki, bizim xalqın “sosial inkişaf yaşı” hələ feminizmə, qadın azadlığına və bu formada olan digər azadlıqları qəbul etməyə hazır deyil. Amma heç olmasa indidən sonra övladlarınızı bu fikirdə böyüdün! Onları gələcək üçün yetişdirin. Uşaqlarınız geri dönüb 100 il əvvəldə yaşamayacaqlar, ona görə onları 100 il gələcək üçün böyüdün, yox olmuş, geri qayıtmayacaq keçmiş üçün yox! İstər oğlan və istər sə də qız övladlarınıza öz davranışlarınızla nümunə olun. 

 “Kişi kimi qızdır e!”
Image result for lift like a girl
Başlayaq ən bəsit və məni narahat edən bir məqamdan: Çoxunuz müsbət mənada, hardasa iradəli, qüvvətli və ya sərbəs bir qadın görəndə belə deyirsiniz: “lap kişi kimi qızdır”. Deməli, qadın bu xüsusiyyətlərə bir xanım kimi malik ola bilməz, və belə müsbət tərifədar cəhətlər yalnız kişilərə xas şeylərdir. Bu qətiyyən belə deyil. Ona görə mən düşünürəm ki, bu sözdən tərif və kompliment kimi istifadə etmək düzgün deyil. Eyni cümlədən, “kişi kimi oyna”, “əsl kişi kimi vuruşur”. İnsanlar arasında kim nəyisə daha yaxşı edirsə, bunun kişi cinsinə xas xüsusiyyət kimi təqdim edilməsi, digər insanlarda, xüsusilə də uşaqlarda, kişilərin qadınlardan hər şeyi daha yaxşı edə biləcəyi kimi yanliş şüuraltı fikir formalaşdırır. Odur ki, bu sözdən istifadə haqqında öz vərdişlərinizi yenidən nəzərdən keçirin.

Cılız hörmət və axmaq mentalitetiniz
Bizim kişilər hər nə qədər basqı altında yaşayırsa, xanımlarımız bundan dəfələrlə daha çoxuna dözməli olurlar. Qadınların Azərbaycan cəmiyyətində və dünyanın bir çox ölkəsində olduğu kimi hər cür haqsızlıqla, mühakimələrlə, ədalətsizliklə hər gün rastlaşdığını yəqin ki, hamınız bilirsiniz. Sizin qadınlara hörmət anlayışınız onalra avtobusda yer vermək fikri ilə məhdudlaşır. Bu gülüncdür! Və özünə avtobusda yer verilməsi ilə eqosu yerə göyə sığmayan, özünə hörmət edilmiş hiss edən xanımlara da heç bilmirəm nə deyəm!

Bizdə belə bir stiqma var ki, qadınlar həmişə sakit, başıaşağı, tərbiyəli, hamının sözü ilə oturub duran şəxslər olmalıdır. Sevgilisi olan xanımların bir çoxu həmişə partnyorlarından icazə alırlar nələrisə - geyimi, harasa getməyi, nəsə almağı, gəzməyə çıxmağı, kimlərləsə görüşməyi və s. Eyni şeyi isə kişilər özlərinə etməyi sığışdırmırlar. Mənim bu şeylər haqqında şəxsi fikrim var, amma ümumi olaraq mən demirəm ki, bunlar səhv hərəkətlərdir, əksinə düşünürəm ki, belə hərəkətlər əksinə çox gözəldir, LAKİN və AMMA əgər siz - kişilər, qadınlardan bu şeyləri etməyi gözləyirsinizsə, özünüz də eyni şeyləri qadınlar üçün etməlisiniz! Bu, qarşılıqlı olmalıdır.

Xüsusilə rayonlarda yaşayan xanımlar kişilərdən və eləcə də hətta digər öz həmcins cahil qadınlar tərəfindən mühakimə edilməkdən (qınanmaqdan) o qədər qorxurlar ki, normal şəkildə istədikləri kimi yaşaya bilmirlər. Mən xatırlayıram İsmayıllıda mən işləyəndə kursun əksəriyyətinin xanım olması, mənim üçün nə qədər problem yaradırdı. Xanımlar özləri özlərinə cavabdeh ola bilmirdilər. Mən atalarla, ərlərlə, sevgili oğlanlarla, qaşrdaşlarla hər dəfə görüşməli olurdum! Hətta bir dəfə mənim haqqımda şikayət etmişdilər ki, "bu nədir, bütün günü qız uşaqları, "kadın xeylaxları" əllərində dəftər-kitab səhər tezdən küçə başı üzü yuxarı, üzü aşağı" .... hahah !!! Əlində dəftər-kitab tutan xanımları qınayan şəxslər! I feel really sorry for you, a bunch of uneducated pity riff-raff! 

Seksual inqilab
Bəziləri hətta bu sözün özündən qorxurlar! "Seks" sözünə tabu kimi baxırsınız və məktəblərdə, universitetlərdə bu sözü istifadə etməyi eyib hesab edirsiniz! Mən başa düşürəm ki, ölkəmizdə hələ seksual inqilab baş verməyib. Bundan bəlkə də hələ çox uzaqdayıq. Ona görə bu haqda danışmaq istəmirəm. Əvvəlcə qadınlar üçün digər bərabərlik amilləri öz yerini tapmalıdır ki, psixoloji fikir, düşünmə tərzi seksual bərabərlik məfhumunu anlaya bilsin. Hələliksə siz kişilər bilməlisiniz ki, bu o demək deyil ki, hansısa xanımı geyiminə, hərəkətlərinə, küçədə gülməyinə, siqaret çəkməyinə, içki içməyinə və ya başqa bir amilə görə qınayasınız və onlara cürbəcür rəzil etiketlər vurasınız! Hətta xanım bunları hər hansı başqa məqsəd üçün (məsələn, sex work, gecə kulubu rəqqasları, strip rəqqaslar və s.) də etsə, sizdən tələb olunan özünüzü insan övladı kimi aparmaqdır, meşədən çıxmış qadın üzü görməmiş mauqli kimi yox!

Hərdən FB-da belə mövzulara yazılmış postlara şərhləri oxuyuram, mənə bu cür insanların necə formalaşdığını anlamaq çətin gəlir . "Kişi qadınına nəzarət etməlidir" , "qız uşağının orda nə işi var", "bir xanıma yaraşdırmıram güləşməyi", "qadın çağırmasa, kişi heçnə eləməz", "qadın hara, futbol hara".... və digər onlarla belə axmaq, cinsi ayrıseçkiliklə dolub-daşan yazılar. Xüsusulə, İstanbulda gece klubunda baş vermiş teraktda vəfat edən azərbaycanlı xanıma yazılan şərhləri mən oxuyanda, belə insanlara ikrah hissim dəfələrlə artdı!!!  Kişilərin və qadınların seçimlərində və istəklərində eyni hüquqlara sahib olması hamıya ailədən və məktəbdən öyrədilməlidir! 

Qızlar sərbəs yalnız özündən asılı şəkildə yaşamalıdır
Bir çox gənc xanımlar xaricdə oxumağa, xarici ölkələrə səyahət etməyə xəyal kimi baxır - çünki yetişkin şəxs olmasına baxmayaraq evdən qardaşı, atası, dayısı, əmisi, qonşusu Mirməmməd dayı, icazə vermir! Amma halbuki eyni şeyləri etmək üçün oğlanların heç kəsdən icazə almasına ehtiyacı yoxdur. Niyə qızlarınızın daha dünya görüşlü, daha maraqlı insan olmasını istəmirsinizʔ! Nə üçün oğlanlarınıza güvənirsiz, amma qızlarınıza yoxʔ Bu suallar haqqında hərdən bir fikirləşin! Yəqin ki, verdiyiniz tərbiyəyə, övladınıza valideyn kimi sevgi göstərib göstərməməyinizə əmin deyilsiniz!

Gənc qızlara evdarlıqdan başqa heçnə öyrətmirsiniz. Elə təsəvvür edirsiniz ki, mənim qızım ərə gedəcək, o ərinə yemək bişirəcək, uşaq doğacaq, paltarların yuyacaq - vəssəlam! Qızıma əri baxacaq, neynir təhsili, işi ¿! Bu cahilliyin ən öndəgedən nümunəsidir! Biz öz qızlarımıza sərbəs yaşamağı, azad qadın olmağı, öz-özünü maddi-mənəvi təmin etməyi öyrətməliyik. Ömür boyu valideynlərdən asılı yaşamaq ənənəsini gərək biz çoxdan silək həyatımızdan!İcazə verin qızlarınız mühəndis, futbolçu, güləşçi, pilot, sürücü, olsun – təkcə ibtiadi sinif müəlliməsi və tibb bacılığı yox!

Qızlarınızı gələcəyin liderləri kimi inkişaf etdirin, çünki bir uğurlu qadının cəmiyyətdəki təsir rezonansı çox genişdir. Bir qadının ictimai vətəndaş quruculuğunda rolu, mənə elə gəlir ki, kişilərdəkindən daha çoxdur. Bunu elm də təsdiq edir, məsələn, xanım Elizabet Gidengil öz “Gender və sosial kapital” kitabında qeyd edir ki, eyni səviyyədə təhsilə malik kişilər və qadınlar arasında aparılan sosial araşdıraya görə, uğurlu qadınların öz ətrafındakı insanları da uğur qazanmağa həvəsləndirməsi və bu yolda onlara kömək etməsində rolu, kişilərdəkindən xeyli yüksəkdir. Bunu, xanım Gidengil qadınların cəmiyyətin sosial təkamülündə psixoloji və mənəvi baxımdan kişilərlə müqayisədə daha çox simpatetik vərdişlərinin formalaşması ilə əlaqələndirir. Başqa sözlə, qadınlar qarşı tərəfi kişilərdən daha yaxşı anlayır, onların mənəvi işgəncə və sevinc hisslərini kişilərdən daha yaxşı hiss edə bilir.

Boşanmış xanımlar - siz bu ölkədə hamıdan daha güclü və hörmətlisiniz!  💪
Lənətlədiyiniz, pislədiyiniz bir şey də var - boşanmış xanımlar. Əgər oğlunuz boşanmış bir xanımla evlənmək istəyirsə, özünüzü cırıb dağın başına qoyursunuz ki, OLMAZ! Sizin gözünüzdə bir qadın boşandısa o, artıq heç kəslə ünsiyyətdə əlaqədə ola bilməz! Azərbaycan cəmiyyətində böyüyənlər bilir ki, boşanmaq nə qədər qadınlarımız üçün riskli bir addımdır. VƏ bir də düşünün ki, cəmiyyətin belə çirkablı tərəfini bilə-bilə boşanan qadınlar nə qədər əzab çəkib ki, onlar yenə də boşanmağı gözə alıblar! Biraz mərhəmətiniz və anlayışınız olsun. Həyatda heç kim heç nədən sığortalanmayıb, sabah eyni şey sizin özünüzün, öz övladınızın da və ya çox sevdiyiniz bir insanın başına gələ bilər. Belə biyabırçı yanaşma tərzi olan insanların fikirlərini də müsbət istiqamətə dəyişməyə çalışın, izah edin bəlkə də həmin şəxsə indiyədək belə şeyləri izah edən heç kəs olmayıb.

Xəyanətin qadın və kişi forması! Püffv!
Mənə ən gülməli gələn şeylərdən biri də xəyanətin qadın və kişi formasıdır. Əgər bir xanım, öz sevgilisindən və ərindən başqa birisi ilə yatırsa bu fahişəlik hesab edilir, amma əgər eyni şeyi bir kişi edərsə bu yox. Xəyanətin cinsi yoxdur!!! - bunu edən qadın nə qədər mühakimə edilirsə, bunu edən kişilər də bir o qədər də qınanmalıdır. Bəziləri belə deyir: "kişi üçün nə fərqi varki, ona olar!". Bunu deyənlərin bundan daha da dayaz fikrə sahib olacağına inanmıram.

Soyadı sevdanız
Image result for feminism in azerbaijanSizin bu soyadı sevdanızı da anlamış deyiləm. Qız övladınız olmasa da olar, amma mütləq uşaqlarınızdan biri oğlan olmalıdır. Buna görə nə qədər ailə öz qız övldlarını abort edirlər və buna görə də cəmiyyətdə ciddi qadın-kişi bərabərsizliyi formalaşır.

Biraz özünüzü insan olaraq təkmilləşdirin! Soyadınız tutaq ki, davam etdi, sonraʔ Siz qəbirdə torpağın altında olandan sonra sizin soyadınızın davam etməsi nəyə və kimə lazımdırʔ Ümumiyyətlə mən hələ də başa düşmüş deyiləm ki, nə üçün qadınlar və nigahdan doğulmuş uşaqlar kişi-ata soyadını götürür amma ana soyadı itir. Məncə bunun daha ədalətli forması tapılmalıdır (bəlkə də var artıq) və ya bu, uşaqların öz seçiminə buraxılmalıdır. Kişi heç nəyi ilə qadından daha üstün deyil! Qadın da kişidən!


Qadınlar = cəmiyyətin özülləri və sütunları
Image result for Caryatids artBir amili heç vaxt - Unutmayın ki, qadınlar cəmiyyətin qurucusudur. Hamımız bilirik ki, övladlarımızın tərbiyəsində xanımlarımızın rolu daha həlledicidir. Ona görə qadın azadlıqlarının təmin olunmasında məhz siz xanımlar özünüz daha vacibsiniz. Yetişdirdiyiniz övladlarınızı – xüsusulə də oğlanlarınızı qadın liberallığına hazır böyütməlisiniz. Bunu 1-2 aya, 1-2 ilə etmək mümkün deyil... Belə sosioloji təkamüllərin baş tutması üçün keçmiş dövrlərdə yüzilliklər, minilliklər lazım olub amma indiki rəqəmsal imkanlarla dolu olan müasir təhsilli dünyada bunu 5-10 ilə hamımız birlikdə tam bacara bilərik!


Sonda həmişə çox sevdiyim qadın hüquqları müdafiəçisi Betty Friedan tərəfindən deyilmiş 2 çox bəyəndiyim fikri diqqətinizə çatdırmaq istəyirəm:




Sizdən əvvəlki cəmiyyətdə məhz yüzillərlə qadınlara münasibətin belə qeyri-bərabər olması sizin də bununla mütləq barışmağa məcbur olmanız anlamına gəlmir! Gəlin gender bərabərliyini özümüz öz ailələrimizdən və ətrafımızdakı tanışlarımız və dostlarımızdan başlayaq! Bu işdə hər birinizə uğurlar! 🙏🏻

RP ✍️

Comments

  1. cox beyendim yazinizi. bezi yerlerine goturdum icaze versez sevinerem)

    ReplyDelete
  2. Rəşad Paşayev sizin kimi Dünyada yaşayan Azərbaycanlıya halal olsun.Siz qurur duyulası gəncsiniz.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Məzuniyyət dövründə istirahətim - ŞƏKİLLƏR

Salam, əziz dostlar ! Bu ilin iyul ayının 20-29-u müddətində məzuniyyətdə oldum. Həqiqətən çox gözəl istirahət etdim. Bu gözəl anları sizə təsvir etmək üçün bir neçə şəkil təqdim edirəm. Şəkilləri Samsung Galaxy S2 mobil telefonu vasitəsilə çəkmişəm. Çəkdiyim şəkillərdə heç bir xüsusi effektdən istifadə edilməmişdir. QEYD - Müəllif hüquqlarına hörmət əlaməti olaraq şəkillərdən istifadə etdikdə müəllifin və mənbənin göstərilməsi vacibdir. Ümidvaram ürəyinizcə olacaq :) Buyurun Bu şəkli çox sevirəm. Dənizdən gəlmişdim və mənə çox isti idi. Suyu plastik şüşəyə doldurdum və üstümə çilədim. Qardaşıma da telefonu verdim ki, çəksin. Məncə yaxşı alınıb :) Vaxtikən bu artezian-bulaq çox gur idi. İndi yaxınlıqda tikilən istirahət mərkəzləri buranın suyundan istifadə etdikləri üçün demək olar ki, quruyub. Çox təəssüf. Onu da qeyd edim ki, bu bulağin yaxınlığında dəri üçün çox xeyirli kosmetik palçıq var.  Bu da həmin böyük bulaqdan axan kiçik bir göz. Nabranda Turbaza-

ilk

Salam, əziz dostlar ! Əvvəla bu bloqumu nə üçün yaratmaq məqsədimi sizlərə danışım. Cənubi Koreya Respublikasına səfərdən sonra mən özlüyümdə qarşıma bir neçə məqsədlər qoydum. Bu məqsədlər haqqında sözsüz ki, danışmayacam. Yalnız birindən başqa... Cənubi Koreya, Seul şəhəri, COEX MALL, Book Center Koreyada gənclərin ən müasir texnologiyalardan necə öz təhsilləri üçün səmərəli istifadə etməsi məni həqiqətən təhsilə önəm verən bir insan kimi inanılmaz şad etdi. Çox istərdim ki, bizim gənclərimiz də əllərində olan texnologiyalardan təhsilləri üçün istifadə etsinlər.  Koreyada gənclərin əksəriyyətinin bloqları var. Onlar öz bloq-yazılarını yazarkən aşağıdakı məqsədləri əsas kimi seçirlər : Əldə etdikləri təcrübələri digər gənclərlə paylaşmaq; Çətin qərar qəbuletmə anlarında hansı metodlardan istifadə etməyin lazım olduğunu; Boş vaxtlarını necə səmərli keçirdiklərini həmyaşıdları ilə paylaşmaq. Bu, həqiqətən mübaliğəsiz deyilmiş sözlər ol