Skip to main content

Gicəlləməllər - xeyr, səhv yazılmayıb!

Adına görə gəlmisən, həʔ 

Bağışla, aldatmışam ! 

İndi isə əziyyət çək oxumağa davam et!


Necə də fərqliyik elə deyilmi... Əminəm ki, dəfələrlə aynaya baxmısan və öz-özünə düşünmüsən - Mən buyamʔ Əlinlə üzünə, bədəninə toxunmusan və asta davranışlarını izləmisən səssizliyin dirijorluğu ilə. Bu, sənsən - tanış ol... Bunu yazan da sənsən... Əslində yazmaq deyil bu. Bu, hiss etməkdir... O qədər hiss etməyi bacarmayan "insan"lar var ki. Hiss etmək təkcə məhəbbət sevgi deyil... Heyvanlar da bunu bacarır, hətta bir çoxu ömürlük sadiq qalırlar öz sevgilərinə - tutuquşular, qumrular, kalibrilər, qunduzlar... Yəni sevgi "tema"sında bizdən daha bacarıqlıdırlar. Biləsiz.

Hiss etmək qarşındakının demədiyi şeyləri anlamaqdır, məncə. Bu, təşəkkür etmək, üzr istəmək qabiliyyətidir... Qalibiyyətidir... Sözləri düz oxu... İki fərqli söz yazdım... 

Bir çox insan var ki, ətrafındakılara insan gözü ilə baxmağı bacarmır. Məqsədlər və rəqabət bizi real missiyamızdan uzaqlara atır... və sən başlayırsan müqayisə etməyə... Müqayisə etməklə özünü kiçildirsən. Özünlə yüksəl... 

Bir şey də deyim ki, təvazökar olma qətiyyən. Belə olanda sənin gücsüz olduğunu düşünürlər... Qəribədir elə deyilmiʔ Mən şəxsən təvazökar insanları görəndə onların bacarıqlarına hörmət edirəm... Elə də insanlar da var ki, əksini düşünürlər və təəssüf ki, onlardan daha çoxdur. Halbuki, bunu da hamsı danır :) ən qəribəsi də elə budur... Özündə cavab tapmağa çalış... Ədalətli ol özünə qarşı... digərlərinə də qarşı ədalətli olmağa tələsmə, buna heç də həmişə ehtiyac yoxdur. 

Yüz faiz səndə də dəfələrlə olub ki, axşam yatanda beynin qaynayıb ki, fikirləşmisən ki, filankəsin ağzının payın verərdim kaş... Önəmsəmə elə insanları, demək istədiyini de, və mütləq gülümsə və yolunu ayır... Sən tək də hər şeyə nail ola bilərsən. Sadəcə tənbəl olma - inan ki, yeganə sirr bundadır... Mənə güvənə bilərsən. 

Soruşma... Bu, həyatın yeni qaydasıdır artıq, biləsən... Amma ki, bunu müəlliminlə etmə qətiyyən, fəsadlarının altından çıxa bilmərsən, sonra üstümə gəlib mənim beynimi xarab eləmə . . . 

Hə, deməli, soruşma. Onda həmin insanlar özlərini səndən üstün görməyə başlayarlar. Bu saat internet dövrüdür e. Google-u qoyub Taxtanisədən kömək istəyirsənsə, day mənim sənə sözüm yoxdur... get otur tualetdə "iqra" oyna... mmm... yaxşı etiraf edirəm, nə yalan deyim, bunu mən də edirəm. Sən başqa şey fikirləş... 

Bilirsən, əslində, heç mədəni olmaq da lazım deyil belə baxanda. Bəlkə də bəzi adamlara qarşı ancaq... Bu haqda məsləhət verə bilməyəcəm, bağışla... Bir şeyi də özün fikirləş, havaxta qədər sənin dalınca sürünməlidir camaatʔ! Əslində yaxşı sualdır... Sənə elə gəlmirʔ Onda bir də oxu sualı... cavab tapmaq elə çətindir ki... 

İnsan haqqında danışanda cındır fransız yazıçı Fransua Rablenin "Qarqantüa və Pantaqrüel" əsəri yadıma düşdü... Kimin insan olduğunu tapa bilmədim o kitabda... Yəqin 7-ci sinifdə oxuduğum üçündür. Əminəm ki, oxumamısan bu kitabı... İnsan olmanın 10 qaydası olsaydı bu kitab da orda olardı yəqin... Bu arada kitabı oxusan rəssam Qustav Dorenin bu əsərə çəkdiyi illustrasiyalara da bax... Qəşəngdir.

NƏ İSƏ... 

Qulağında "nauşnik" var amma mahnı oxumur ee deyəsənʔ Replay-i bas, yəqinki bayaqdan eyni mahniya qulaq asırsan... Etiraf elə ki, indi də belə olmasa, haçansa bu başına gəlib...

HƏR NƏ İSƏ ... GET İŞİNLƏ MƏŞĞUL OL... SƏNDƏN ADAM OLMAZ... 
belə demişdi mənə bir nəfər bir vaxt... sənə dəʔ

Hərdən məndə belə sual yaranır - Boşluqla dolu olmaq mümkündürmüʔ Dolayısı ilə olmayan bir şeyin olduğunu bilmək real mövcudiyyətdir görəsənʔ... Mən bilmirəm... Bəlkə də bilməmək də mənimçün bir reallıqdır... bəlkə də əksinə... Hər halda mən də insanam... insanam... ins...a...m... Bunu niyə yazdımkiʔ! 

Beyninizi düşünün. İçindəki hərəkətləri hiss etməyə çalışın... Görəcəksiniz nə qədər dolu və ağırdır... Bəlkə də bəzilərində bu doluluq vakuumla doludur. Boş doluluq... Necə də gözəl səslənir !

Hər cür lağlarınızı oxumağa hazıram.

Sevirəm

Beynimdən fikirlər necə keçibsə elə də yazmışam, heç bir redaktə, dəyişmə və düşünmə olmadan... Spontan, dağınıq, ardıcıl olmadan... 

Aham... Düz tapmısan, bəli... Ən rahatı budur ona görə... 

Gargantua and Pantagruel (Francois Rabelais). Illustration by Gustave Dore



Comments

Popular posts from this blog

Azərbaycan üçün feminizm

Əvvəlcə başlayaq müasir feminizmi anlamaq üçün fəlsəfi fikirlərdən  Bu sözü bir çoxunuz mənfi anlayış kimi qəbul edirsiniz və marksizm, sosializm və d. bu kimi ali ideologiyalar haqqında heç nə bilmədən, araşdırmadan bunlara necə neqativ yanaşırsınızsa, feminizm ideyasına da elə nifrət edirsiniz.  Hətta bəziləri hələ də elə bilir ki, feministlər ancaq qadınlardan ibarət bir kütləyə xas cərəyandır. Bu belə deyil və əgər siz hal-hazırda bu yazını XIX əsrdə oxumursunuzsa, onda bunun belə olmadığı fikri ilə də razı olmalısız. Çağdaş fəlsəfi ədəbiyyat feminizmi qısa şəkildə belə tərif edir: cəmiyyətdə, iqtisadiyyatda, siyasətdə, o cümlədən insan fəaliyyətinin bütün istiqamətlərində qadınların kişilərlə bərabər haqlara sahib olması məfhumu feminizm cərəyanı adlanır. Bunu indi fikir ayrılığı yaratmamaq üçün  "gender bərabərliyi"  kimi də səsləndirirlər. Sözsüzki bura təbiətdən irəli gəlmiş genetik natural bərabərsizliklər aid deyil (məsələn, kişilərin əzələ və sümük siste

Məzuniyyət dövründə istirahətim - ŞƏKİLLƏR

Salam, əziz dostlar ! Bu ilin iyul ayının 20-29-u müddətində məzuniyyətdə oldum. Həqiqətən çox gözəl istirahət etdim. Bu gözəl anları sizə təsvir etmək üçün bir neçə şəkil təqdim edirəm. Şəkilləri Samsung Galaxy S2 mobil telefonu vasitəsilə çəkmişəm. Çəkdiyim şəkillərdə heç bir xüsusi effektdən istifadə edilməmişdir. QEYD - Müəllif hüquqlarına hörmət əlaməti olaraq şəkillərdən istifadə etdikdə müəllifin və mənbənin göstərilməsi vacibdir. Ümidvaram ürəyinizcə olacaq :) Buyurun Bu şəkli çox sevirəm. Dənizdən gəlmişdim və mənə çox isti idi. Suyu plastik şüşəyə doldurdum və üstümə çilədim. Qardaşıma da telefonu verdim ki, çəksin. Məncə yaxşı alınıb :) Vaxtikən bu artezian-bulaq çox gur idi. İndi yaxınlıqda tikilən istirahət mərkəzləri buranın suyundan istifadə etdikləri üçün demək olar ki, quruyub. Çox təəssüf. Onu da qeyd edim ki, bu bulağin yaxınlığında dəri üçün çox xeyirli kosmetik palçıq var.  Bu da həmin böyük bulaqdan axan kiçik bir göz. Nabranda Turbaza-

ilk

Salam, əziz dostlar ! Əvvəla bu bloqumu nə üçün yaratmaq məqsədimi sizlərə danışım. Cənubi Koreya Respublikasına səfərdən sonra mən özlüyümdə qarşıma bir neçə məqsədlər qoydum. Bu məqsədlər haqqında sözsüz ki, danışmayacam. Yalnız birindən başqa... Cənubi Koreya, Seul şəhəri, COEX MALL, Book Center Koreyada gənclərin ən müasir texnologiyalardan necə öz təhsilləri üçün səmərəli istifadə etməsi məni həqiqətən təhsilə önəm verən bir insan kimi inanılmaz şad etdi. Çox istərdim ki, bizim gənclərimiz də əllərində olan texnologiyalardan təhsilləri üçün istifadə etsinlər.  Koreyada gənclərin əksəriyyətinin bloqları var. Onlar öz bloq-yazılarını yazarkən aşağıdakı məqsədləri əsas kimi seçirlər : Əldə etdikləri təcrübələri digər gənclərlə paylaşmaq; Çətin qərar qəbuletmə anlarında hansı metodlardan istifadə etməyin lazım olduğunu; Boş vaxtlarını necə səmərli keçirdiklərini həmyaşıdları ilə paylaşmaq. Bu, həqiqətən mübaliğəsiz deyilmiş sözlər ol